Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
Onun sözlərinə görə, insident nəticəsində tələfat və xəsarət alan olmayıb.
Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib.
Qumbaranı atan şəxs saxlanılıb. Hadisənin motivləri araşdırılır.