Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb.
Gundem.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
O bildirib ki, insident nəticəsində tələfat və xəsarət alan olmayıb.
Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib.
Qumbaranı atan şəxs saxlanılıb.
Hadisənin motivləri araşdırılır.