AZ

Öcalanın çağırışından sonra AKP-dən ilk açıqlama

PKK terror təşkilatının lideri Abdullah Öcalanın PKK-nın buraxılması ilə bağlı çağırışından sonra Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) ilk açıqlama gəlib.

Sitat.info xəbər verir ki, bu barədə partiya sədrinin müavini Efkan Ala danışıb.

“Çağırışın nəticəsinə baxacağıq. AKP və prezidentimiz terroru Türkiyənin gündəmindən çıxarmaq üçün edilməsi lazım olan hər şeyi etdi. Çağırışın nəticələrinə diqqət yetirməliyik və nəticə vacibdir. Təşkilat çağırışa əməl edəcəkmi?”, - AKP rəsmisi bildirib.

Seçilən
175
17
sitat.info

10Mənbələr