AZ

AKP-da Öcalanın məktubuna REAKSİYA

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Efkan Ala hakim partiyadan ilk nümayəndə olaraq PKK terror təşkilatının ömürlük həbs cəzası çəkən başçısı Abdulla Öcalanın bu qanlı strukturun tərksilah olması ilə bağlı çağırışını şərh edib.

Publika.az xəbər verir ki, Efkan Ala Türkiyə hakimiyyətinin sözlərə deyil, faktlara inandığını bəyan edib. “Çağırışın mahiyyəti terror təşkilatının tərksilah olunması və özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”, - deyə hakim partiyanın sədr müavini söyləyib.

Onun sözlərinə görə, terrorçular həqiqətən də silahlarını yerə qoysalar, Türkiyə “terrorizm qandallarını üzərindən atacaq”.

Siyasətçi qeyd edib ki, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında ölkə rəhbərliyi terrorizm təhlükəsi mövzusunu ölkə gündəmindən çıxarmaq üçün lazım olan bütün tədbirləri görüb.

Seçilən
87
1
publika.az

10Mənbələr