AK Parti: Öcalanın çağırışı yerinə yetirilməlidir
AK Parti Genel Başkan Vəkili Efkan Ala, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın silahların yerə qoyulması və təşkilatın özünü buraxması ilə bağlı çağırışına münasibət bildirib.
Efkan Ala çağırışın əhəmiyyətini vurğulayaraq, onun nəticələrinin önəmli olduğunu deyib: "Çağırışın mahiyyəti silahların yerə qoyulması və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxırıq. Bu nəticə reallaşacaqmı, bunu görəcəyik".
Efkan Ala
Ala Prezident Rəcəb Tayyib Ərdoğanın ilk gündən terrorla mübarizədə qətiyyətli siyasət apardığını xatırladıb: "AK Parti bütün bu proseslərdə ciddi təşəbbüslər irəli sürüb. Məqsədimiz terrorun olmadığı bir Türkiyə yaratmaqdır".
O, terror təşkilatının bu çağırışa uyğun addım atmasının vacibliyini vurğulayaraq bildirib ki, bu, terrorla mübarizədə əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər: "Terror təşkilatının bu çağırışı nəzərə alaraq özünü buraxması və silahları təhvil verməsi gözlənilir. Əks halda, Türkiyə terrorla mübarizəni eyni qətiyyətlə davam etdirəcək".
Mənbə: https://gazeteoksijen.com/turkiye/ocalanin-cagrisiyla-ilgili-ak-partiden-ilk-aciklama-236177
Mənbə: musavat.com