Premyer Liqa təmsilçisi "Mançester Yunayted"in əsas hədəflərindən biri dəyişməz olaraq qalır.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhenin gələcəyi sual altındadır.
"Mançester Yunayted" Osimhen üçün "Napoli"yə 40 milyon avro və Rasmus Hoylund təklif etməyə hazırlaşır.
26 yaşlı ulduz hücumçu yay transfer dövründə "Mançester Yunayted"ə keçməyə isti baxır.
Qeyd edək ki, Osimhen icarə əsasında İstanbul təmsilçisində çıxış edir və yayda icarə müddəti başa çatacaq.