AZ

"Çelsi" Osimhen ilə maraqlanır

Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen İngiltərə Premyer Liqasında çıxış edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

"Çelsi" klubu 26 yaşlı nigeriyalı futbolçu ilə yaxından maraqlanır.

İngiltərə klubu yay transfer pəncərəsində hücumçu almaq niyyətindədir.

Potensial müqavilə 75 milyon avro dəyərində qiymətləndirilir.

Bu mövsüm Viktor “Qalatasaray”ın heyətində 21 oyun keçirib. Hücumçu 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Onun icarə müddəti iyunun sonunda başa çatır.

Seçilən
25
22
operativmm.az

10Mənbələr