"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin futbolçusu Viktor Osimhen yeni təklif alıb. Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" nigeriyalı hücumçu üçün yeni təklif irəli sürüb. “Calciomercato”da dərc edilən xəbərə görə, İngiltərə nəhəngi Viktor Osimhen üçün "Napoli"yə 40 milyon avro və futbolçu təklif edib. "Mançester Yunayted"in Osimhen üçün təklif etdiyi oyunçunun Rasmus Hojlund olduğu bildirilib. Məlumata görə, “Atalanta”dan 74 milyon avroya Mançester komandasının heyətinə qatılan danimarkalı futbolçu Rasmus Hojlund gözləntiləri doğrulda bilməyib. O, bu mövsüm 34 matçda cəmi 7 dəfə rəqib qapısına yol tapıb. Qeyd edək ki, mövsümün əvvəlində Viktor Osimheni istəyən “Mançester Yunayted” mübadilədə üçün Joshua Zirkzeedən istifadə etmək istəsə də, transfer baş tutmayıb.