Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən toplanılmış icbari sığorta haqqlarının həcmi23,1 milyon manat olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,3 milyon manat və ya 11% çoxdur. Belə ki, 2024-cü ilin ilk ayındaAzərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindəntoplanılmış icbari sığorta haqqlarının həcmi 20,8 milyon manatidi.
Bəhs olunan dövrdə bu sığorta sinifi üzrə ödənişlərin həcmi 10,1milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 1,9 milyonmanat, yaxud da 1,9% çoxdur. Ötən ilin yanvar ayında ayındaAzərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindənödənilmiş icbari sığorta ödənişlərinin həcmi 8,2 milyon manatidi.
Ötən ay bu sığorta növü üzrə toplanılmış hər 100 manat sığortahaqqından 43,8 manat sığorta ödənişi edilib ki, bu da, illikmüqayisədə 4,2 manat artıqdır. Ötən ilin müvafiq dövründə bu məbləğ39,6 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eynizamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərininxətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.