AZ

"Qanlar içindəyəm": Bloqer ona hücum edən qarətçiyə atəş açdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın ən məşhur strimerlərindən biri, bloqer Keytlin "Amouranth" Siragusa silahlı qarətə məruz qalıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu haqda o, özünün "X" hesabında yazıb.
Siragusa qeyd edib ki, cinayətkarlar onun yatağına hücum edərək, başına silah dayayıb və qışqıraraq kriptovalyuta tələb ediblər. Daha sonra onu silahla zərbə vurublar.
Strimer quldurlardan birinə atəş açdığını bildirib.
"Mən tamamilə qana batmışam, amma bunun yalnız bir hissəsi mənə aiddir. Daha sonra ətraflı məlumat verəcəyəm, amma indi təhlükəsizlikdəyəm", - deyə o bildirib.
Bloqer polis çağırmağı bacardığını və artıq xəstəxanaya yerləşdirildiyini əlavə edib.
Siragusa sonuncu dəfə 2024-cü ilin noyabrında kriptovalyuta balansını nümayiş etdirmişdi. O zaman onun "Bitcoin" hesabında 20 milyon dollar var idi. O, "Wildcard Gaming" klubunun sahibidir və 18+ kontent yaradır.
Seçilən
140
50
oxu.az

10Mənbələr