AZ

ABŞ Ukraynaya kəşfiyyat məlumatlarını ötürməyi DAYANDIRDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Kiyevə kəşfiyyat məlumatlarını ötürməyi dayandırıb, lakin ən yaxın müttəfiqlərinə Rusiya və Ukrayna haqqında məlumatları verməkdə davam edir.
Oxu.Az xəbər verir ki, "Financial Times" bunu Birləşmiş Ştatlar Administrasiyasına yaxın məmura istinadən xəbər verib.
"Vaşinqton Ukraynaya kəşfiyyat məlumatları ötürən kanalların fəaliyyətini dondurub. Lakin ABŞ hələ də ən yaxın müttəfiqlərinə, o cümlədən Britaniyaya Rusiya və Ukrayna ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edir", - mənbə qeyd edib.
Öz növbəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını təsdiqləyib.
Bu barədə "Fox News" telekanalının jurnalisti Ceki Haynrik məlumat verib.
"Məqsəd hərbi cəbhədə, kəşfiyyat cəbhəsində fasilə vermək, sülhün bərqərar olması üçün hər kəsi məsuliyyətli olmağa dəvət etməkdir", - deyə jurnalist öz "X" səhifəsində yazıb.
Seçilən
147
50
oxu.az

10Mənbələr