Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfərinin ABŞ-Ukrayna nümayəndə heyətlərinin görüşü ilə bağlı olmadığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, ABŞ nümayəndələri ilə martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Ukraynanın təmsil edəcək nümayəndə heyətinə onun ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxildir.
Onun sözlərinə görə, nümayəndə heyəti onunla birgə səfərə gedəcək, ancaq adıgedən şəxslər ABŞ nümayəndə heyəti ilə görüş üçün Ərəbistanda qalacaqlar.
Qeyd edək ki, bundan öncə Zelenskinin Səudiyyə Ərəbistanına təxirə salınan səfərini gələn həftə reallaşdıracağı açıqlanmışdı.