AZ

Zelenski Səudiyyə Ərəbistanında ABŞ ilə danışıqlarda iştirak etməyəcək

“Ukrayna ABŞ-la Səudiyyə Ərəbistanında danışıqların məhsuldar olacağını gözləyir və Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edir”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirirki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciətində məlumat verib.

 

“Biz Səudiyyə Ərəbistanında görüş hazırlayırıq. Əminəm ki, görüş məhsuldar olacaq: Biz Ukraynada bunu etməkdə qərarlıyıq. Biz Ukraynanın maraqlarının nəzərə alınması üçün hər şeyi edəcəyik” - deyə Prezident vurğulayıb.

 

Zelenski bildirib ki, ABŞ nümayəndələri ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə o, iştirak etməyəcək. Ukraynanı Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident Ofisi Aparatı rəhbərinin müavini Pavlo Palisa təmsil edəcəklər.

 

Görüşdə həmçinin, Ukrayna diplomatik korpusunun daha bir neçə nümayəndəsi də iştirak edəcək, lakin Zelenski konkret ad çəkməyib.

Seçilən
126
3
senzor.az

10Mənbələr