Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcək.
Paralel.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat verib.
"Gələn həftə Səudiyyə Ərəbistanına səfərlə başlayacağam. Ukraynanın diplomatik və hərbi nümayəndələri çərşənbə axşamı ABŞ nümayəndələri ilə görüş üçün qalacaq. Ukrayna nümayəndə heyətinə Andrey Yermak, Andrey Sibiqa, Rustem Umerov və Pavel Palisa daxil olacaq", - Zelenski yazıb.(oxu.az)