AZ

Dörd uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə “İdman həftəsi” çərçivəsində 4 uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib.

Azərbaycan Alpinizm Federasiyasının idman dırmanma zalında keçirilən turniri qurumun idmançılarından ibarət hakimlər qrupu idarə edib.

Yarışda oğlanlar arasında birinci yeri 2 saylı uşaq evi (Bakı), ikinci yeri 1 saylı uşaq evi (Bakı), üçüncü yeri Gəncə şəhər uşaq evi tutub.

Qızlar arasında isə 1 saylı uşaq evi (Bakı) birinci, 2 saylı uşaq evi (Bakı) ikinci, Gəncə şəhər uşaq evi üçüncü olub.

Turnirin sonunda qaliblər mükafatlandırılıb.

Seçilən
26
8
cbcsport.az

10Mənbələr