“İdman həftəsi” çərçivəsində bu gün tələbələr arasında keçirilən stolüstü tennis yarışına yekun vurulub.
İdman.biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində təşkil olunub.
Qızlar arasında Bakı Dövlət Universitetinin komandası birinci yeri tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan İdman Akademiyasının (AİA) komandaları müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.
Oğlanların yarışında isə AİA birinci olub. Bakı Ali Neft Məktəbinin komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə üçüncü pillədə qərarlaşıblar.
İdman.biz