AZ

Bakıda tələbələr arasında keçirilən stolüstü tennis yarışına yekun vurulub

"İdman həftəsi" çərçivəsində Bakıda tələbələr arasında keçirilən stolüstü tennis yarışına yekun vurulub.

BAKU.WS Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şüa" İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Bakı Dövlət Universitetinin komandası birinci yeri tutub.

Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan İdman Akademiyasının (AİA) komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Kişilər arasında isə AİA-nın tələbələri birinci olub. Bakı Ali Neft Məktəbinin komandası yarışı ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçiləri isə üçüncü pillədə bitiriblər.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə martın 7-də baş tutub.

Seçilən
2
4
far.az

10Mənbələr