AZ

İtaliyanın baş naziri NATO-da Ukrayna üçün Kollektiv Müdafiə Zəmanəti təklif edib

İtaliyanın baş naziri Corcia Meloni NATO Nizamnaməsinin kollektiv müdafiə prinsipini nəzərdə tutan 5-ci maddəsinin Ukraynaya şamil edilməsini təklif edib...

Poliqon xəbər verir ki, bu barədə Meloni Avropa İttifaqının (Aİ) sammitindən sonra jurnalistlərə bildirib.

Meloni qeyd edib ki, Ukraynanın alyansa üzvlüyünün verilməsindən söhbət getmir. Baş nazirin sözlərinə görə, bu variant artıq müzakirə olunur.

“Bu, NATO-ya üzv olmaqdan fərqlidir, lakin bu, üzv ölkələrin istifadə etdiyi eyni zəmanətlərin Ukraynaya da verilməsi deməkdir. Bu, digər təkliflərdən daha səmərəli, sabit, uzunmüddətli təminat olardı. Biz bunu müzakirə edirik”, deyə Meloni qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzvlükdən imtina etməsini münaqişənin sülh yolu ilə həllinin şərtlərindən biri adlandırıb. 2024-cü ilin dekabrında Ukrayna Xarici İşlər Nazirliyi alyansa qoşulmaq üçün hər hansı alternativi rədd edib. 2025-ci ilin fevral ayının sonunda ABŞ prezidenti Donald Tramp bildirib ki, Kiyev Şimali Atlantika Alyansına qoşulmağı unutmalıdır.

Poliqon.info

Seçilən
29
1
poliqon.info

3Mənbələr