İtaliyanın baş naziri Corca Meloni NATO Nizamnaməsinin kollektiv müdafiə prinsipini nəzərdə tutan 5-ci maddəsinin Ukraynaya şamil edilməsini təklif edib. Onun sözlərinə görə, bu variant artıq müzakirə olunur, lakin ölkənin alyansa üzvlüyünün verilməsindən söhbət getmir.
Herbiand.az bildirir ki, bu fikirləri Meloni Avropa İttifaqının (Aİ) sammitindən sonra bildirib.
Baş nazir qeyd edib ki, bu, NATO-ya üzv olmaqdan fərqlidir: “Lakin bu, üzv ölkələrin istifadə etdiyi eyni zəmanətlərin Ukraynaya da verilməsi deməkdir. Bu, digər təkliflərdən daha səmərəli, sabit, uzunmüddətli təminat olardı və biz bunu müzakirə edirik”.
Bəxtiyar CƏFƏRLİ