AZ

Giorgia Meloni NATO Nizamnaməsinin 5-ci maddəsinin Ukraynaya da şamil edilməsini təklif edib

İtaliyanın baş naziri Giorgia Meloni NATO Nizamnaməsinin kollektiv müdafiə prinsipini nəzərdə tutan 5-ci maddəsinin Ukraynaya da şamil edilməsini təklif edib.

Eyni zamanda, ölkənin alyansa üzvlüyünün verilməsindən söhbət getmir. Onun sözlərinə görə, bu variant artıq müzakirə olunur. “Bu, NATO-ya üzv olmaqdan fərqlidir, lakin bu, üzv ölkələrin istifadə etdiyi eyni zəmanətlərin Ukraynaya da verilməsi deməkdir.

Bu, digər təkliflərdən daha səmərəli, sabit, uzunmüddətli təminat olardı. Xanım Meloni Avropa İttifaqının (Aİ) sammitindən sonra “Biz bunu müzakirə edirik” – deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
1
editor.az

3Mənbələr