FIFA prezidenti Canni İnfantino 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatı (DÇ) üçün favoritlərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, italiyalı futbol adamı Argentina, Braziliya, İngiltərə və Almaniya ilə yanaşı, ABŞ yığmasının da dünya çempionu titulunu qazanma şansı olduğunu düşünür.O, bu fikri ABŞ prezidenti Donald Trampla görüşündə səsləndirib. Onun sözlərinə görə, ABŞ komandası yerli azarkeşlərin dəstəyi sayəsində tarixi uğura imza ata bilər.
Bundan başqa, C.İnfantino görüş zamanı təşkilati məsələlərdənn də danışıb: "Biz 10 milyon bilet satışa çıxaracağıq. Bu, 1 ay ərzində hər gün 3 Superboul matçına satılacaq biletlərin sayı qədərdir. Ən vacibi odur ki, ABŞ-a gələn hər bir şəxs özünü təhlükəsizlik və arzulanan qonaq qismində hiss etsin. Bu məsələdə hökumətin müvafiq işçi qrupu yaratması əhəmiyyət kəsb edir".
Qeyd edək ki, DÇ-nin oyunları gələn il 11 iyun - 19 iyul aralığında baş tutacaq.