Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs xəstəxanada ölüb.
Bakıvaxtı.az-ın məlumatına görə, bir neçə gün əvvəl rayonun Aran qəsəbəsində idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Tural Zeynalov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, avtomobil qəzası nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır./report