AZ

Yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada öldü

Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

KONKRET.az report-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonun Aran qəsəbəsində idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Tural Zeynalov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil qəzası nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
10
konkret.az

10Mənbələr