AZ

Yevlaxda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb

Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bir neçə gün əvvəl rayonun Aran qəsəbəsində idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Tural Zeynalov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil qəzası nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
10
avtosfer.az

10Mənbələr