Puerto-Rikoda təxminən 40 il əvvəl həbsxanadan qaçan şəxs ABŞ-ın Florida ştatında həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Qeyd edilib ki, Xorxe Mia-Valdez 1987-ci ildə həbsxanadan qaçıb. Həmin vaxtdan bəri o, başqa ad altında yaşayıb və ABŞ-da quldurluqda və sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.
Məlumata görə, yerli şerif ofisi Mia-Valdezin 1986-cı ildə götürülmüş barmaq izlərini istəyib. Həbsdən əvvəl götürülənlərlə müqayisə edildikdə, onlar uyğun gəlib.