AZ

40 il əvvəl həbsdən qaçdı, bu ölkədə SAXLANILDI

Puerto-Rikoda təxminən 40 il əvvəl həbsxanadan qaçan şəxs ABŞ-ın Florida ştatında həbs edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Qeyd edilib ki, Xorxe Mia-Valdez 1987-ci ildə həbsxanadan qaçıb. Həmin vaxtdan bəri o, başqa ad altında yaşayıb və ABŞ-da quldurluqda və sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.

Məlumata görə, yerli şerif ofisi Mia-Valdezin 1986-cı ildə götürülmüş barmaq izlərini istəyib. Həbsdən əvvəl götürülənlərlə müqayisə edildikdə, onlar uyğun gəlib.

Mia-Valdez həbs anı lentə alınan videoda deyir ki, polis onu iki dəfə saxlayıb, lakin hüquq-mühafizə orqanlarına lazım olmadığına görə buraxıb. Üçüncü dəfə Mia-Valdez həbs olunub.

Xəbər 5 dəfə oxunub.
Seçilən
58
50
xezernews.az

10Mənbələr