AZ

ABŞ-də 40 il əvvəl həbsxanadan qaçan cinayətkar saxlanıldı - FOTO

Puerto-Rikoda təxminən 40 il əvvəl həbsxanadan qaçan şəxs ABŞ-nin Florida ştatında həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Qeyd olunur ki, Xorxe Miya-Valdes 1987-ci ildə həbsxanadan qaçıb. O vaxtdan bəri o, başqa ad ilə yaşayıb və ABŞ-də quldurluq və sağlamlığa ağır xəsarət yetirmək maddələri ilə məhkum olunub.

Məlumata görə, yerli şerifin ofisi Miya-Valdesin 1986-cı ildə götürülmüş barmaq izlərini istəyib. Həbsdən əvvəl götürülmüş barmaq izləri ilə müqayisə edildikdə, onlar uyğun gəlib. Həbs videosunda həmin şəxs bildirib ki, polis onu iki dəfə saxlayıb, lakin hüquq-mühafizə orqanlarına "lazım olmadığı" üçün onu buraxıblar. Üçüncü dəfə Miya-Valdes həbs olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
31
5
milli.az

10Mənbələr