Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şəhərsalma vəTikinti Məcəlləsində,“Texniki təhlükəsizlik haqqında” və“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Trend xəbərverir ki, sənədə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradantəhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması,istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin, radioaktiv vəionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəlitikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat,nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallıobyektlər hesab ediləcək.
Təhlükə potensiallı obyektlər vahid dövlət reyestrindəqeydiyyata alınmalıdır. Təhlükə potensiallı obyektlərin vahiddövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyətiorqanı tərəfindən müəyyən ediləcək.
Dövlət başçısı sözügedən sənədlə bağlı fərman imzalayıb.