AZ

Bu obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində,"Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək.

Təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır. Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Dövlət başçısı sözügedən sənədlə bağlı fərman imzalayıb.

Seçilən
4
11
day.az

10Mənbələr