AZ

KİV: "ABŞ və Ukrayna arasında Ciddədə keçirilən danışıqların birinci mərhələsi başa çatıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin həllini müzakirə edən danışıqların birinci mərhələsi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı məlumat verib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə Ukrayna tərəfindən Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edirlər.
ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts başçılıq edir.
Qeyd edək ki, daha əvvəl bildirildiyinə görə, Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa hazır olması danışıqların mövzularından biri olacaq.
Seçilən
64
50
oxu.az

10Mənbələr