1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Ukraynaya hərbi yardımının Polşa ilə sərhəd yaxınlığındakı Jeşuv-Yasenka hava limanındakı logistika qovşağı vasitəsilə çatdırılması bərpa edilib.
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Zalevski "X" hesabından məlumat verib.
"Yasenkadakı POLLOGHAB-dan Ukraynaya ABŞ silahlarının tədarükü bərpa edildi", - deyə o bildirib.
Qeyd edək ki, martın 4-də ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmışdı. Bir həftə sonra - martın 11-də isə ABŞ və Ukrayna nümayəndə heyətləri Vaşinqtonun silah tədarükü və kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı fasilənin dərhal aradan qaldırılması barədə razılığa gəliblər.