AZ

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirə qələbə ilə başlayıb

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan millisinin iki boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, 60 kiloqramda mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən M.Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.

Əli Abdullayev (65 kiloqram) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Ə.Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.

 

 

 

 

Seçilən
0
5
azertag.az

8Mənbələr