AZ

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb. SİA xəbər verir ki, 60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib.

Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.

Seçilən
1
5
sia.az

8Mənbələr