AZ

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir

Azərbaycan millisinin 2 idmançı yarışa qələbə ilə başlayıb.

Operativ Media xəbər verir ki, 60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 final çərçivəsində Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib.

Tam üstünlüklə qalib gələn Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.

Seçilən
0
2
operativmedia.az

8Mənbələr