AZ

Srgjan Kerim: "BMT TŞ-nin tərkibi dəyişməlidir, nizamnamə müqəddəs kitab deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün beynəlxalq münasibətlərdə dərin dəyişmələr baş verir".
Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" adlı paneldə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 62-ci Sessiyasının sədri, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srgjan Kerim deyib.
O bildirib ki, dəyişiklikləri Vaşinqtonda yeni administrasiyanın olması ilə əlaqələndirmək düzgün deyil.
S.Kerim deyib ki, geosiyasi və geoiqtisadi baxımdan fərqli tərəflərin çətirləri altında olmaq, ölkələrin yanında dayanmaq mümkün deyil:
"Geosiyasi baxımdan NATO-nun çətiri altında qalıb, geoiqtisadi baxımdan Rusiyanın çətiri altında olmaq mümkünsüzdür".
O, çıxışı zamanı deyib ki, BMT-də islahatlar aparmağın vaxtı çoxdan yetişib:
"BMT-də islahatlara Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsi ilə başlanmalıdır. Tərkib sayı artırılmalıdır. Nizamnamə müqəddəs kitab deyil. Biz çoxqütblü dünyaya uyğunlaşmalıyıq".
Aləmdə Nəsib
Seçilən
24
50
oxu.az

10Mənbələr