AZ

Akif Çağatay Kılıç: "Dünyanı idarə edənlərin siyasətləri fiaskoya uğrayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Türkiyə Azərbaycan-Ermənistan münasibətlərində ədalətli və davamlı sülhün təmin edilməsinin tərəfdarıdır".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün dünya fərqli situasiyalarla üz-üzə qalıb və İkinci Dünya müharibəsindən sonra dünyanı idarə edənlərin siyasətləri fiaskoya uğrayıb:
"Bu gün Azərbaycanda bu problemlərin həll yollarını tapmaq üçün bir araya gəlmişik".
Baş müşavir Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlara da münasibət bildirib:
"Biz hər zaman regionda ədalətli və davamlı sülhün tərəfdarıyıq. Bundan əvvəl Qarabağ Ermənistanın işğalı altında olduğu üçün sülh mümkün deyildi. İndi isə Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib. Türkiyə də Azərbaycanın hər zaman yanında olduğunu açıq-aşkar bildirib. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəndən sonra regionda yalnız sülh və sabitlik üçün çalışır və üzərinə düşən öhdəlikləri yerinə yetirir".
Mərahim Nəsib
Seçilən
23
50
oxu.az

10Mənbələr