Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Peyk kəndi ərazisində qanunsuz olaraq ağac kəsən H.Haqverdiyev saxlanılıb.
"Unikal"ın məlumatına görə, araşdırmalarla adıçəkilən şəxsin 137 ədəd yaş gövdəli yulğun ağacını kəsərək təbiətə 11 min manata yaxın ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.