AZ

Salyanda 137 ədəd yulğun kəsən şəxs saxlanılıb - FOTO

Salyanda adı qırmızı kitabda olan ağacları kəsən şəxs saxlanılıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Peyk kəndi ərazisində qanunsuz olaraq ağac kəsən H.Haqverdiyev saxlanılıb.
Araşdırmalarla adıçəkilən şəxsin 137 ədəd yaş gövdəli yulğun ağacını kəsərək təbiətə 11 min manata yaxın ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Salyanda Salyanda
Seçilən
17
3
apa.az

4Mənbələr