Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Peyk kəndi ərazisində qanunsuz olaraq ağac kəsən H.Haqverdiyev saxlanılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, araşdırmalarla adıçəkilən şəxsin 137 ədəd yaş gövdəli yulğun ağacını kəsərək təbiətə 11 min manata yaxın ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.