Bakı. Trend:
Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinintəşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insanməskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar”mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, tədbirdə bir sıra ölkələrdənelm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökuməttəşkilatları və media nümayəndələri iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan ərazisindəki qədimyaşayış məskənlərindən aşkar edilmiş eksponatlardan ibarət sərgiilə tanış olublar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışedərək iştirakçıları salamlayıb. Bildirib ki, konfransın məqsədimədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi vətanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirəedilməsidir. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regionaləməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yenistrategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmləryaratmaq da qarşıya məqsəd qoyulub.
Nazir bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ənqiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insanməskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqlarıçoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimimağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşərsivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm roloynayır. Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesabedilməklə yanaşı, insanların fiziki və mənəvi inkişafmərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşamtərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqibaxımından müstəsna əhəmiyyət kəsb edir.
Qədim insan məskənləri həm də xalqların mədəni irslərinin ilkrüşeymlərinin formalaşdığı və çiçəkləndiyi məkanlar kimi tarix,arxeologiya və etnoqrafiya ilə yanaşı, kulturologiya sahəsində dəelmi təqdiqatlar üçün qiymətli mənbələrdir.
Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi bu cür tarixi-mədəniabidələrdə birgə elmi ekspedisiyaların aparılması, nəticələrinbeynəlxalq səviyyədə müzakirəsi və daha da vacibi tədqiqatnəticələrinin həm elmi, həm də kütləvi mənbələrdə dərc olunaraqgeniş ictimaiyyət arasında təbliğinə, gələcək nəsillərəçatdırılmasına töhfə verməyə hazırdır: "Eyni zamanda bu istiqamətdəbeynəlxalq tərəfdaşlarla, aparıcı xarici elmi dairələrlə işləməkdəmaraqlıyıq.
Bu da təsadüfi deyil, çünki cənab Prezident İlham Əliyevinrəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasətiqayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimiz, o cümlədəntarixi və mədəni abidələr etnik və dini mənsubiyyətindən asılıolmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsidayanır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimiMultikultralizm Azərbaycan xalqının həyat tərzidir.
Qeyd olunanları nəzərə alaraq, konfransın gedişatında qədiminsan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahidplatformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsinitəklif edirəm. Bu sahədə həyata keçirəcəyimiz çoxsəviyyəlibeynəlxalq mübadilə proqramları yalnız dövlətlərarası və beynəlxalqtəşkilatlar çərçivəsində olmamalı, həm də elmi institutlar,universitetlər, beyin mərkəzləri, muzeylər, hətta QHT-lər arasındada həyata keçirilməlidir".
Qədim insan məskələnlərinin milli və beynəlxalq səviyyədəmühafizə məsələsinə toxunan deyib ki, bu cür abidələrin həmuniversal səviyyədə (UNESCO çərçivəsində), həm də regionalsəviyyədə (ICESCO) mövcud irs siyahılarına salınması onlarınbeynəlxalq tanınması ilə yanaşı, daha effektiv qorunması vəsaxlanması imkanları yaradır.
Lakin bununla belə, müasir dövrün çağırışları – xüsusilə dəantropogen müdaxilələr, silahlı münaqişələr, post-münaqişəərazilərində basdırılmış minalar və təbii hadisələr fonunda mövcudmexanizmlərin səmərələliyinin artırılması məsələsi gündəməgəlir:
"Doğrudur, beynəlxalq hüquq silahlı münaqişələr zamanı mədənimülkiyyətin mühafizəsi üzrə 1954-cü il Konvensiyası və onun ikiəlavə protokolu maddi mədəni irsin (daşınar və daşınmaz)müharibələr zamanı toxunulmazlığının təmin edilməsini, o cümlədənqanunsuz arxeoloji qazıntıların qadağan edilməsini beynəlxalqöhdəlik kimi müəyyən edir. Lakin təcrübədə, təəssüflər olsun ki, bunormaların işlək olması sual doğurur.
Hərbi təcavüz və torpaqlarının bir hissəsinin 30 ilə yaxın işğalaltında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öztəcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələrdağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlartalanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azığmağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması damüşahidə edilmişdir.
Bu xüsusda, düşünürəm ki, ikinci panel sessiya zamanımüzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcudmexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanlarıngenişləndirilməsi yollarına da toxunulmalıdır. 2023-cü ilin sonundaUNESCO tərəfindən 1954-cü il Konvensiyasının II Əlavə Protokolundaəks olunan Monitorinq Mexanizmlərinin çərçivəsinin təsdiq edilməsiçox mütərəqqi addım idi. Bu mexanizm, yalnız münaqişə dövrü vəpostmünaqişə dövrünə deyil, həm də sülh dövründə effektivolmalıdır. Həmçinin bu mexanizm dövlətlər tərəfindən eksterritorialmədəni irslərinin mühafizəsi ilə bağlı çağırışlarıncavablandırılmasında istifadəsi vacibdir".
Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Açılış mərasimində sonra Azərbaycan Milli Elmlər Akademiyasınınprezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasınınprezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsiFondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi SultanRaev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoruKrista Pikkat və İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutununprezidenti Saad S. Xan çıxış edib, tədbirin əhəmiyyətinivurğulayıblar.
Daha sonra konfrans öz işini “Qədim insan məskənləri: mədəni irsbəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişəşəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insanməskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə paneliclaslarla davam etdirib.
Qeyd edək ki, martın 16-da başa çatacaq beynəlxalq elmi-praktikikonfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa vəAğdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusinümayəndəlikləri və AMEA-nın tərəfdaşlığı ilə gerçəkləşir.