Bakı. Trend:
Martın 14-15-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı vəUNESCO, ICESCO, Türk Mədəniyyət və İrsi Fondu, TÜRKSOY, BeynəlxalqTürk Akademiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyətİnstitutunun və 30-dan çox aparıcı beynəlxalq mütəxəssisin –arxeoloq, etnoqraf, tarixçi və beynəlxalq hüquq ekspertlərininiştirakı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər vəmüasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, konfransda UNESCO adından çıxışedən təşkilatın mədəniyyət sektorunun mədəniyyət və fövqəladəhallar bölməsinin direktoru, 1954-cü il Konvensiyası və 1970-ci ilKonvensiyasının katibi, xanım Krista Pikkat silahlı münaqişələrzamanı mədəni və tarixi abidələrin qorunması və mədəni mülkiyyətinqeyri-qanuni ticarətinin qarşısının alınması üzrə mövcudkonvensiyalar barədə məlumat verib.
Eyni zamanda, xanım K.Pikkat qeyd edib ki, beynəlxalq hüquqdanəzərdə tutulan öhdəliklərə baxmayaraq, təcrübədə münaqişələrzamanı mədəni mülkiyyət, o cümlədən qədim insan məskənləridağıntılara, qanunsuz qazıntılara məruz qalır, orada tapılanartefaktlar talan edilir və qeyri-qanuni ticarət predmetinəçevrilir.
Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarınınbir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə 700-dən çoxdaşınmaz mədəni irs nümunəsi, o cümlədən tarixi, dini və mədəniabidələr dağıdılıb, xalqımızın zəngin irsinin bir hissəsi olandaşınar mədəni mülkiyyəti məhv edilib, yaxud talan olunub. Bununlayanaşı, işğal dövründə 1,5 milyon yaşı olan qədim insan məskənləri– Azıx və Tağlar mağaralarında qeyri-qanuni qazıntılar aparılıb,qədim artefaktlar qaçaqmalçılıq yolu ilə Ermənistana və digərölkələrə daşınıb.