AZ

“Qarabağ”ın PSJ-dən nə fərqi var ki?

Avropanın milli çempionatlarında ən çox qələbə qazanan komandaların adları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbayan Premyer Liqasının lideri “Qarabağ” qitənin sıralamasında 8-ci sıradadır.

Son olaraq 26-cı turda “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu mövsüm Premyer Liqada keçirdiyi 26 oyunun 20-də rəqiblərini üstələyib.

“Qarabağ” eyni göstəriciyə görə “Virtus” (San Marino) və PSJ (Fransa) ilə 8-ci yeri bölüşdürür.

Lider isə Serbiya çempionatında 27 matçın 25-də qalib gələn “Srvena Zvezda”dır. Türkiyə klubu “Qalatasaray” “Qarabağ”ı cəmi 1 qalibiyyət qabaqlayır.

Seçilən
11
8
sportinfo.az

10Mənbələr