AZ

Renat bu dəfə qol vura bilmədi, komandası qalib gəldi

Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 25-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda öz meydanında “Lexiya” ilə qarşılaşıb.

Görüş "Radomiak"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Meydana start heyətində çıxan Renat isə 86-cı dəqiqədə Pedro Perotti ilə əvəzlənib.

“Radomiak” hazırda turnir cədvəlində 31 xalla 12-cidir.

“Radomiak” - “Lexiya” 2:1
Qollar:
Tomas Bobcek, 20 (0:1), Marko Burch, 36 (1:1), Capita, 71 (2:1)

Seçilən
13
2
sportinfo.az

10Mənbələr