AZ

Mingəçevirdə tullantı qablarını yandırdılar

Mingəçevirin  müxtəlif  küçələrində  iri həcmli məişət tullantısı qabları yandırılıb.

 "Unikal"ın məlumatına görə, hadisə ötən gecə baş verib. Belə ki, gecə saatlarında şəhərin Nizami, Əliağa Vahid, Nəriman Nərimanov və onlara bitişik  küçələrdə qeydə alınıb. Hadisə zamanı plasmas tullantı yeşikləri tamamən yanıb, dəmir qutular isə yararsız vəziyyətə düşüb.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin hüquqşünası Cavid Xəlilov "Unikal"a bildirib ki, hadisənin qəsdən törədildiyi ehtimal edilir.  C. Xəlilov qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib və aparılan araşdırmalardan sonra hadisənin səbəbinə aydınlıq gətiriləcək.

Ehtiram Muradov

Seçilən
100
1
unikal.az

10Mənbələr