Mingəçevirdə yaşayış binasının bloklarının birində oğurluq anı kameralara düşüb.
"Unikal"ın məlumatına görə, hadisə 20 Yanvar küçəsi 14ünvanında 27 saylı mənzilin bloka çıxış hissəsində baş verib. Mənzil sahibi Vüqar Ələsgərov otaqlardatəmizlik işləri apardığızaman qızdırıcı qurğunu və tozsoranı mənzildən blokun çıxışı hissəsinə qapısının önünə qoyub. Geri götürmək istəyəndə orada tapmayıb. Kameraya keçirilən baxış zamanı məişət əşyalarının oğurlandığı məlum olub. Oğurluq anı isə anbaan kameralara düşüb.
Ev sahibi oğurluqfaktı ilə bağlıhüquq-mühafizə orqanlarına müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraqbildirilib ki, qeyd olunan məsələ ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Ehtiram Muradov
Mənbə: unikal.az