Mingəçevirdə yaşayış binasının bloklarının birində oğurluq anı kameralara düşüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsi 14 ünvanında 27 saylı mənzilin bloka çıxış hissəsində baş verib. Mənzil sahibi Vüqar Ələsgərov otaqlarda təmizlik işləri apardığı zaman qızdırıcı qurğunu və tozsoranı mənzildən blokun çıxışı hissəsinə qapısının önünə qoyub. Geri götürmək istəyəndə orada tapmayıb. Kameraya keçirilən baxış zamanı məişət əşyalarının oğurlandığı məlum olub. Oğurluq anı isə anbaan kameralara düşüb.
Ev sahibi oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Ehtiram Muradov