AZ

"Mançester Siti"nin özbəyi öz qapısına qol vurdu - VİDEO

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Sportinfo.azxəbər verir ki, "Mançester Siti" doğma meydanda "Brayton"la üz-üzə gəlib.

4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda turnir cədvəlində "şəhərlilər" 48 xalla 5-ci, "Brayton" isə 47 xalla 7-ci pillədə qərarlaşıb.

"Mançester Siti" - "Brayton" 2:2

Qollar: E.Haaland,11(pen), O.Marmouş,39, - P.Estupinyan,21, A.Xusanov,48 (ö.q)

Seçilən
3
15
sportinfo.az

10Mənbələr