AZ

Millimizin hücumçusu yeni klubunun “uğur çubuğu”na çevrildi - VİDEO

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, o, 25-ci turda "Radomyak"ın əsas heyətində meydana çıxıb.

Renatın komandası "Lexiya" ilə qarşılaşmada əzmkar qələbə qazanıb. Oyun "Radomyak"ın 2:1 hesablı üstünlüyü ilə bitib.

Əvvəlki iki oyunda qol vuran Dadaşov bu dəfə fərqlənə bilməyib. O, 86-cı dəqiqədə əvəzlənib.

"Radomyak"da çıxış edən digər azərbaycanlı futbolçu Rahil Məmmədovun adı iştirak ərizəsinə salınmayıb.

Son 4 oyunda 10 xal toplayan Radom təmsilçisi 12-ci pilləyə yüksəlib.

Seçilən
22
24
sportinfo.az

10Mənbələr