İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, öz meydanında "Komo" ilə qarşılaşan "Milan" rəqibi ilə qarşılaşmada fasiləyə məğlub yollanıb.
İkinci hissədə Pulişiç və Reyndersin qolları "Milan"a vacib 3 xal qazandırıb.
Bu qələbədən sonra "rossonerlər" 47 xalla 7-ci, "Komo" isə 29 xalla 13-cü pillədə qərarlaşıb.
"Milan" - "Komo" 2:1
Qollar: Pulişiç,53, T.Reynders,75, - L.Da Kunha,33