AZ

"Özümüzü yiyəsiz komanda kimi hiss edirik" - Cavid Hüseynovdan şok açıqlamalar

“Səbail” Misli premyer-liqasının evdə keçirilən 27-ci tur matçında “Neftçi”yə uduzdu – 1:2.

“Football-plus.az” xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

– Qələbə qazanmaq bizim üçün vacib idi. Çünki rəqiblər xal ehtiyatını artırır, biz isə son iki turda uduzmuşduq. “Neftçi”yə qarşı yaxşı hazırlaşmışdıq. Rəqinin təhlükəli mövqelərini, bizə hardan qol vura biləcəklərini futbolçulara demişdik. Amma təəssüf ki, komandam səhv etməməyə çalışsa da, qollar buraxdıq. Üstəlik başqa qollar da buraxa bilərdik. Oyunçular dediklərimin əksini etdilər. Sonradan sistemi dəyişib toparlanmağa çalışsaq da, ikicni qolu vura bilmədik və uduzduq. Məyusuq.

- Futbolçuların ustalıq səviyyəsi sizi qane etmir?
- Deyirəm ki, bu səhvi etmək olmaz. O cür ötürmə etmək olmaz. Bu səhvi etməyin. “Neftçi” bizə nə etdi ki? Bəli, rəqib yaxşı komandadı, amma biz təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik. Rəqibin təzyqiniə qarşı uzun hava topları ilə irəli çıxmalıydıq.

- Azər Bağırov "Kəpəz"də belə problem olduğu haqda danışmışdı. "Qarabağ"la görüşdə əsas oyunçuları oynamamışdı...
- Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha iki futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədi. Hamı danışır ki, "Səbail" heç kimə lazım deyil. Axı burda nə qədər futbolçular var. Məşqçi kimi ölkəmiz üçün gələcəkdə faydalı ola bilərəm. Xəyallarım, arzularım var. Hamı deyir ki, problem Cavid Hüseynovdadı. Xeyr. Problemlər böyükdü. Tək toparlamağa çalışıram. Amma məşqçiyə dəstək olmalıdı. "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan başqa bütün komandalara qarşı yaxşı oynayıb. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışır. "Qarabağ"a qarşı da belə oynamışdıq. Mənə dedilər ki, yolundan dönmə. Mən nə edim ki, "Səbail" heç yerdən dəstək görmür?! Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya, hansısa dəstək olmalıdı. "Kəpəz" qələbə qazananda əməlli-başlı pul alır.

- Rəhbərlik vədlərinə əməl etmədi?
- 16-17 yaşımdam peşəkar futbol oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, tək qalmışam.

- Həlledici məqamda tək qalmısızsa, o zaman sonuncu pilləylə barışmısız?
- Barışmayacam. Sona qədər mübarizə aparacam. Amma bu durumdan xilas olmaq istəyiriksə, birlikdə olmalıyıq. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil.

- Yiyəsizik deyəndə sponsorsuz qaldığınızı nəzərdə tutursuz?
- Sponsor onsuz da komandadan əlini çəkib.Mən gələndən bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi.... Hər şeydə azalma var.

Seçilən
1
8
football-plus.az

10Mənbələr